Baba izah eyləyir:
– Bu bağçadır, bu bostan.
Gərək bağda-bağçada
İşləyəsən, ay Orxan.
Zeynal baba su açıb
Suvarır göy lobyanı.
Babanın hər addımı
Düşündürür oğlanı.
Əlindəki bel ilə
O su açır ləklərə.
Nəzər salır kollara,
Nəzər salır hər yerə.
Öz işini qurtarıb
Baba dönür bostandan.
Beli götürüb bu dəm
Geriyə dönür Orxan.
Bircə anın içində
Arxa tərəf qaçır o.
Baba kəsdiyi yerdən
Bostana su açır o.
Əlləşərək yenidən
Ləkləri yarır Orxan.
Suvarılan lobyanı
Bir də suvarır Orxan.
13 avqust 1985
Pidsunda